Yeni qərar köhnə tələbələrə şamil olunacaqmı?
Onun sözlərinə görə, hətta ödənişli əsaslarla oxuyan tələbə də semestr nəticəsində dövlət sifarişi əsasında oxuyan tələbədən yuxarı nəticə əldə edib təqaüd ala biləcək: “Ona görə də qəbul olunan qərar tələbələr arasında rəqabət mühitini formalaşdıracaq və haqq edən qazanacaq”.
Nazirliyin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov qəbul olunan qərarın tək bu il yox, əvvəlki illərin tələbələrinə şamil edilib-edilməməsi məsələsinə də aydınlıq gətirib. O əlavə edib ki, bununla bağlı Nazirlər Kabinetinə tapşırıq verilib:
“Lakin çox güman ki, bu tək bu il qəbul olan tələbələr üçün deyil, əvvəlki illərdə qəbul olan tələbələrə də şamil ediləcək. Yenə də qəbul olunacaq qərarı gözləmək lazımdır”.







Vaxtında, Aydın, Lazımlı!


