Tahir Salahovun əsəri satılır - yarım milyona

Tahir Salahovun əsəri satılır - yarım milyona
  11 Noyabr 2015    Oxunub:2465
Dekabrın 1-də Londonun “Sotheby’s” hərrac evində Rusiya incəsənətinin üç sənət əsərini əhatə edən əsərlərdən ibarət satışlar baş tutacaq. Hərracın əsas lotları arasında Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun “Aydan” əsəri də yer alıb. Sənət əsəri 250-350 min funt sterlinq (təxminən yarım milyon dollar) dəyərində qiymətləndirilir.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a bildirilib.

Sothebys` hərrac evinin rəsmi məlumatında bildirilir ki, `Aydan` sovet dövrünün ən yaxşı əsərlərindən biri hesab olunur.

Nazirlikdən qeyd edilib ki, bu rəsmin digər versiyası Rusiya Dövlət Tretyakovski Qalereyasında saxlanılır. Satışa çıxarılan variantı isə rəssam vaxtı ilə Tokioda açdığı sərgisi münasibətilə çəkib.

“Aydan” əsəri sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb”, - deyə hərrac evinin rəsmi açıqlamasında bildirilir.



AzVision.az


Teqlər:  





Xəbər lenti