İvanişvili istefa verəcək

İvanişvili istefa verəcək
  24 İyun 2013    Oxunub:1561
İvanişvili, Saakaşvili hakimiyyətdən gedən kimi istefa verməyə söz verdi.

Gürcüstanın baş naziri Bidzina İvanişvili, hazırki prezident Mixeil Saakaşvili hakimiyyəti buraxandan bir neçə gün sonra siyasətdən əl çəkəcəyini bildirib.

“ Mən tezliklıə siyasətdən getmək niyyətindəyəm. Saakaşvili gedən kimi, mən də gedəcəm. Ola bilsin ki, yeni prezident seçkiləri keçiriləndən sonra cəmi bir neçə gün qaldım”-deyə B. İvanişvili Estoniyanın Postimees qəzetinə müsahibəsində bildirib.

Bu xəbər sürətlə bütün Gürcüstan mətbuatında yayılıb. İvanişvili ,“üç ən ali vəzifəyə-prezident, baş nazir və parlamentin sədri postuna təmiz insanlar, demokratların” seçiləcəyindən əminliyini ifadə edib.

“Müstəqil məhkəmə sistemi, eləcə də azad mətbuat olduqca vacibdir. Yeni nəfəs lazımdır”-deyə İvanişvili sözlərinə əlavə edib.

Bununla yanaşı o qeyd edib ki, müxalifətsiz demokratiya ola bilməz. “Biz bunu yaxşı başa düşürük. Saakaşvilinin iddia etdiyi kimi heç kimin müxalifəti məhv etmək fikri yoxdur”- baş nazir deyib.

Qeyd edək ki,Gürcüstanın hazırki prezidenti Mixeil Saakaşvilinin səlahiyyət müddəti 2013-cü ilin oktyabrında bitir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti