Bakıda polis serjantı bıçaqlandı

Bakıda polis serjantı bıçaqlandı
  24 İyun 2013    Oxunub:1194
İnsident Yasamal rayonunda qeydə alınıb.
Yasamal rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, bu gün gecə saat 00:20 radələrində 1988-ci il təvəllüdlü, 2009-cü ildən Daxili işlər orqanlarında işləyən polis serjantı Hüseynov Habil Amil oğluna Yasamal rayonu ərazisində yerləşən "Kaktus" restoranının qarşısında tanıdığı Zöhrab adlı şəxs tərəfindən mübahisə zəminində əlində olan bıçaqla sol bud nahiyyəsindən xəsarət yetirilib.

Faktla bağlı Yasamal RPİ-nin 28-ci polis bölməsinin təhqiqatçısı Kamil Rəhmanov tərəfindən araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti