SOCAR dövlət büdcəsinə ödənişləri azaldıb

SOCAR dövlət büdcəsinə ödənişləri azaldıb
  11 Noyabr 2015    Oxunub:1960
SOCAR 2015-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136 milyon 31 min manat vəsait ödəyib.
AzVision.az şirkətin saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2015-ci ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 271 milyon 276 min manat (ötən ilin analoji dövrü ilə müqayisədə 293,27 miyon manat və ya 18,7 faiz az) vəsait ödənilib.

Bundan əlavə, cari ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 194 min manat vəsait köçürüb. 2015-ci ilin yanvar-oktyabr aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 115 milyon 417 min manat (2,9 faiz az) təşkil edib.


Teqlər:





Xəbər lenti