MSK daha bir məntəqənin nəticəsini ləğv etdi

MSK daha bir məntəqənin nəticəsini ləğv etdi
  11 Noyabr 2015    Oxunub:1988
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 63 saylı Sabirabad Birinci Seçki Dairəsəndən deputatlığa namizəd olan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin şikayətinə baxıb.

AzVision.az-ın məlumatına görə, P.Hüseyn şikayətində bildirib ki, noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı həmin seçki dairəsinin nəticələri ləğv edilməlidir.

P.Hüseyn qeyd edib ki, seçki bülletenləri yenidən sayılmalıdır. O, səsvermənin nəticələrini şübhəli olduğunu iddia edib.

MSK üzvü Bəxşeyiş Əsgərov Ekspert Qrupunun araşdırmasına P.Hüseynin dəvət olunduğunu bildirib.

B.Əsgərov deyib ki, Ekspert Qrupunun araşdırması nəticəsində P.Hüseynin iddialarının əsassız olduğu məlum olub: “Sübut olunub ki, səsvermədə iştirak edən seçicilərin sayı ilə protokoldakı seçiclərin sayı eyni olub. Bundan əlavə, müşahidəçi kimi qeydə alınan şəxslərin səsverməni izləməsi üçün şərait yaradılıb”.

Araşdırma zamanı dairənin 13 saylı məntəqə seçki komissiyasında səslərin sayılması zamanı pozuntu aşkarlanıb. Həmin məntəqənin nəticəsi etibarsız sayılıb. Beləliklə, MSK P.Hüseyninin şikayətini qismən təmin edib.

Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən, 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd Elçin Quliyev lider namizəd elan olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti