BQXK nümayəndələri erməni qadına baş çəkdi

BQXK nümayəndələri erməni qadına baş çəkdi
  11 Noyabr 2015    Oxunub:1483
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri təmas xəttindən Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşı Lusine Abovyana baş çəkiblər.
AzVision.az erməni KİV-nə istinadən xəbərə verir ki, bunu BQXK-nin Ermənistan nümayəndəliyinin rəsmisi Zara Amatuni deyib. Onun sözlərinə görə, başçəkmə Ermənistan vətəndaşının saxlanma şəraiti ilə tanışlıq məqsədi daşıyıb.

Xatırladaq ki, noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, saxlanılan Ermənistan vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.


Teqlər:  





Xəbər lenti