Prezidentdən sərəncam - Nazirliyə 3,5 milyon ayrıldı

Prezidentdən sərəncam - Nazirliyə 3,5 milyon ayrıldı
  11 Noyabr 2015    Oxunub:3222
Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il 25 – 27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla Forumun Bakı şəhərində təşkili üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 3,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.


Teqlər:  



Xəbər lenti