`Azərişıq` 3 rayonda yeni ofis açdı

`Azərişıq` 3 rayonda yeni ofis açdı
  11 Noyabr 2015    Oxunub:1867
Ucar, Siyəzən və Sabirabad rayonlarında “Azərişıq”ASC-nin yeni ofis binaları istifadəyə verilib.
Qurumdan AzVision.az - a daxil olan məlumata görə, cari ilin sonuna qədər daha 18 rayonda yeni ofis binalarının açılışı olacaq. Ofislərdə elektrik şəbəkənin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib.

Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərzə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.

Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımı vəsaitlərlə təchiz edilib. Yeni ofisdə səmərəli fəaliyyət üçün bütün şərait qurulub və mal-material, avtomobillərlə təchiz edilib. İnzibati binanın ətrafında abadlıq işləri də aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib. Binanın işıqlandırma sistemi axşam saatlarında əraziyə xüsusi yaraşıq verir.

Hazırda “Azərişıq” ASC tərəfindən aparılan tikinti-quruculuq işləri intensiv şəkildə davam etdirilir. Cari ilin sonuna kimi daha 18 rayonda yeni inşa olunmuş inzibati binalar istifadəyə veriləcək.


Teqlər:  



Xəbər lenti