MTRŞ 4 telekanalın işindən narazıdır

MTRŞ 4 telekanalın işindən narazıdır
  11 Noyabr 2015    Oxunub:2122
Milli Televiziya və Radio Şurası (MTRŞ) bir neçə televiziya kanalına reklam fəaliyyəti, sponsorluq təqdimatı ilə bağlı qanun pozuntularına yol verdiyinə görə ciddi irad bildirib.

AzVision.az "Report"-a istinadən xəbər verir ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin qatıldığı görüşdə İTV, "Xəzər" TV, "Lider" TV və "Region" TV-yə efirlərində sponsorluq təqdimatı ilə bağlı yol verdikləri qanun pozuntularına görə ciddi iradlar bildirilib və kanalların səlahiyyətli nümayəndələrinə problemin aradan qaldırılması üçün tapşırıqlar verilib.

Telekanalların nümayəndələri irad tutulan problemləri qısa zamanda aradan qaldıracaqlarına söz veriblər.

AzVision.az


Teqlər:  



Xəbər lenti