Ramiz Mehdiyev Moskvada Patruşevlə görüşdü
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının rəsmi səhifəsində məlumat verilib.
Görüşdə Xəzəryanı regionda beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər, eləcə də hər iki ölkənin hüquq-mühafizə strukturları və təhlükəsizlik orqanlarının əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə Ramiz Mehdiyev və Nikolay Patruşev Azərbaycan Respublikası və Rusiya Federasiyası Təhlükəsizlik Şuraları arasında 2016-2017-ci illər üçün əməkdaşlıq planını imzalayıblar.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


