Korrupsiyada ittiham edilən Blatterin səhhəti pisləşdi

Korrupsiyada ittiham edilən Blatterin səhhəti pisləşdi
  12 Noyabr 2015    Oxunub:1661
Rüşvət və saхtakarlıq səbəbindən ali futbol qurumunun etika komitəsi tərəfindən 90 gün postundan kənarlaşdırılan FIFA prezidenti Yozef Blatterin səhhətində ciddi problem yaranıb.
Futbol funksioneri xəstəxanaya yerləşdirilib.

Bu haqda AFP agentliyinə Yozef Blatterin nümayəndəsi xəbər verib. 79 yaşlı Blatterin hansı xəstəlik səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilməsə də onun hələ bir müddət xəstəxanada müalicə olunacağı qeyd edilir.

FİFA prezidenti Yozef Blatterlə yanaşı UEFA prezidenti Mişel Platinin də səlahiyyətləri 90 günlük əlindən alınıb. Eyni zamanda İsveçrə Federal Ədliyyə bürosu sentyabrın 25-də Yozef Blatterə qarşı cinayyət işi açıb.

Onun qeyri-qanuni şəkildə UEFA prezidenti Mişel Platininin hesabına 2 milyon İsveçrə frankı köçürdüyü iddia edilir. Ancaq Platini bu ittihamla razı olmadığını və pulların qanuni şəkildə müqaviləyə əsasən keçirildiyini bildirilib.

1998-ci ildən FİFA-ya başçılıq edən Blatter bu ilin mayın 29-da 5-ci dəfə FİFA prezidenti postuna seçilib. Ancaq 2 iyunda Yozef vəzifəsindən getdiyini bildirib. Yeni prezidentin seçiləcəyi konqres isə 2016-cı ilin fevralın 26-da Sürix şəhərində baş tutacaq. (Anspress)


Teqlər:





Xəbər lenti