AZAL qiymətləri endirdi - Tələbələr üçün
Kampaniya AZAL-ın Moskva, Antalya, İstanbul və Dubaya yerinə yetirilən aşağı büdcəli reyslərinə tətbiq edilmir.
Aviabiletləri əldə etmək üçün Azərbaycan və xarici universitetlərin tələbələri AZAL aviaşirkətinin satış ofislərinə yaxınlaşaraq tələbə bileti və ali təhsil müəssisəsindən arayış təqdim etməlidir.
Xatırladaq ki, avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları" bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30% faiz endirim tətbiq edib.
Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar: https://azvision.az/redirect.php?url=http://www.azal.az/az/azal-miles).
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


