Milli Məclisin ilk iclası nə vaxtdır?

Milli Məclisin ilk iclası nə vaxtdır?
  12 Noyabr 2015    Oxunub:1756
“Azərbaycanda noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələri ilə bağlı sənədlər hazırda Mərkəzi Seçki Komissiyasındadır”.
AzVision.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev seçkilərin nəticələrinin təsdiq edilməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
O, qeyd edib ki, Mərkəzi Seçki Komissiyası qanuna əsasən səsvermə günündən sonra 20 gün müddətində yekun qərarını verir və bundan sonra sənədlər Konstitusiya Məhkəməsinə göndərilir:

“ Konstitusiya Məhkəməsi bu təcrübəni bir neçə dəfə keçib. Odur ki, qanunda nəzərdə tutulan 10 gün müddətində öz qərarını verəcək və bundan sonra Milli Məclis ilk iclasına başlayacaq”.


Teqlər:





Xəbər lenti