MTRŞ: `İstəsəydik ANS-in yayımını dayandırardıq`
Məhkəmədə çıxış edən ANS Yayım və Media Şirkətinin nümayəndələri isə bildirib ki, MTRŞ “Salam, Azərbaycan” proqramının bağlanması barədə qərar qəbul etməsi ilə qanun pozuntusuna yol verib.
Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı qaldırdığı iddia üzrə apellyasiya şikayətinə baxılıb. Məhkəmə ANS-in MTRŞ-ya qarşı iddiasını təmin etməyib.
Xatırladaq ki, MTRŞ bir müddət əvvəl ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramında vətəndaşların Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək, ANS televiziyasının efirində yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 gün müddətinə dayandırılması barədə qərar qəbul edib. ANS məhkəmədən həmin qərarın ləğv edilməsini istəyib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


