Şadlıq evlərinə yeni qadağa - 1000 manat cərimə
Onun sözlərinə görə, bu məsələ qurum tərəfindən hazırlanan sənəddə öz əksini tapıb:
“Şadlıq saraylarında nəzərdə tutulan səs diapazonundan artıq səsləndirmə insan sağlamlığına ziyandır. Ona görə də bütün şadlıq sarayları bu qaydalara əməl etməli və göstərilən diapazonu keçməməlidirlər".
Mütəxəssislər isə əksər şadlıq evlərində musiqi çalınarkən 200-300 desibel səs gücündən istifadə olunduğunu deyirlər. Şadlıq evlərindən isə bunu toy sahiblərinin tələbləri ilə əlaqələndirirlər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən şadlıq evlərində akustika tələblərini pozanlara qarşı 1000 manat cərimə nəzərdə tutulur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


