“Əli Abbasov işdən çıxarıldığını eşidəndə...”
Nazirlik rəsmisinin sözlərinə görə, eks-nazir Əli Abbasov nazir vəzifəsindən çıxarılması ilə bağlı xəbəri eşidəndə işbaşında olub: “Prezidentin sərəncamından sonra Əli Abbasov işçilərlə sağollaşıb getdi”-deyə M.Əmirov bildirib.
Qeyd edək ki, Əli Abbasov ötən gün prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Onun işdən çıxarılması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Burada MTN ətrafında yaşanan məlum olaylar və nazirlikdə yol verilən ciddi nöqsanlar əsas səbəb kimi göstərilir.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


