`Hazırda bir neçə sevgilim var...` - Ronaldo

  13 Noyabr 2015    Oxunub : 1908
`Hazırda bir neçə sevgilim var...` - Ronaldo
İspaniyanın “Real” klubunun və “Portuqaliya” millisinin hücumçusu Kriştiano Ronaldo bəyan edib ki, hazırda o bir neçə qızla görüşür.
Bu barədə AzVision.az “Goal.com”-a istinadən xəbər verir.

“Hazırda mən bir neçə qızla görüşürəm ki, yekunda onlardan da birini seçəcəm. Onlardan bəziləri anlayırlar ki, öz aralarında rəqabət aparırlar. Mən özümə əmin oğlanam. Hündür boyam, dişlərim yerindədir və mənim gözəl bədənim var”, – deyə futbolçu bildirib.

Ronaldo, həmçinin “Qızıl top”un kimin alacağına dair fikirləri ilə bölüşüb. Futbolçunun sözlərinə görə, bu il mükafatı futbolçu Lionel Messi alacaq.

Qeyd edək ki, Qızıl topun sahibinin adı yanvarın 11-i açıqlanacaq.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: