Düşmən hücuma keçdi - 2 erməni öldü, xeyli yaralı var
AzVision.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş zərbəsindən sonra işğalçılar geri çəkilməyə məcbur edilib.
İlkin məlumata əsasən düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


