Ombudsman əməkdaşları Tofiq Yaqublu ilə görüşüb

Ombudsman əməkdaşları Tofiq Yaqublu ilə görüşüb
  24 İyun 2013    Oxunub:1289
Ombudsman Aparatının əməkdaşları Bakı istintaq təcridxanasında olublar.
Ombudsman Aparatının mətbuat xidmətindən AzVision-az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən, əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Tofiq Yaqublu, Zaur Qurbanlı, Taleh Bağırovla, eyni zamanda Müvəkkilə müraciət edən digər şəxslərlə görüşüblər.

Görüşdə məqsəd həmin şəxslərin Bakı istintaq təcridxanasında saxlanılma şəraiti və onlarla rəftar məsələlərinin öyrənilməsi olub.

Qəbul edilmiş şəxslər saxlanılma şəraiti və rəftardan şikayət etməyib, onlardan bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.

Həmin şəxslərə Ombudsmanın səlahiyyətləri barədə məlumatlar verilib.

Mirvari


Teqlər:





Xəbər lenti