ABŞ-ın Bakıdakı səfirliyindən jurnalistlərə hörmətsizlik

ABŞ-ın Bakıdakı səfirliyindən jurnalistlərə hörmətsizlik
  13 Noyabr 2015    Oxunub:5125
Xəbər verdiyimiz kimi ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda işlənmiş avtomobillərin satışı məqsədi ilə hərrac keçirəcəyini bəyan etmişdi. Səfirliyin yaydığı məlumata görə, hərracın bu gün keçiriləcəyi qeyd edilirdi.
Bildirilirdi ki, noyabrın 13-də saat 11:00-də ABŞ-ın Bakıdakı səfirliyi işlənmiş avtomobillərin satışı məqsədi ilə auksion keçirir.

Auksion Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında (Topçubaşov adına eksperimental cərrahiyyə xəstaxanasının, Tusi adına klinika və Biznes universitetinin yanı) keçiriləcək.

Avtomobillərə baxış həmin gün saat 9:00-dan 11:00-a qədər mümkündür. Alıcı mütləq şəxsiyətini təsdiq edən şəkilli sənədi təqdim etməlidir.

Alınan malları dəyəri dərhal ödənilməlidir. Bütün nəqliyyat vasitələri gömrükdə rəsmiləşdirilməyib!

Hərracın əvvəlcədən mətbuata açıq olacağı bəyan edilsə də, ABŞ səfirliyinin əməkdaşları mərasimi işıqlandırmaq istəyən KİV nümayəndələrini ərazidən qovublar.

Əməkdaşımızın bildirdiyinə görə, bir neçə jurnalistin fotoaparatı və mobil telefonu əlindən alınaraq, onlara qarşı kobud rəftar göstərilib.

Səfirlik işçiləri heç bir izahat vermədən şəkilləri silib, jurnalistlərin ərazidən uzaqlaşmasını tələb ediblər.

Səfirlikdən bu məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti