Təhlükəsizlik və rabitə haqda qanunlar dəyişir
Milli Məclisdə bu məsələnin müzakirəyə çıxarılacağını söyləyən S. Novruzov qeyd edib ki, nəzərdə tutulan dəyişikliklər dövlət sirrinin və hərbi sirlərin qorunması, təhlükəsizlik sisteminin və bunlarla əlaqədar olaraq rabitə sisteminin möhkəmləndirilməsinə dair əlavə və dəyişikliklərdir: “Yeni parlamentdə bu məsələlərin müzakirəyə çıxarılması planlaşdırılıb. Məqsəd qeyd olunan sahələrin gücləndirilməsidir. Bu sahədə qanunazidd əməllərə qarşı Cinayət Məcəlləsindəki müvafiq maddələrin sərtləşdirilməsi də nəzərdə tutulub”.
S. Novruzov qanunvericiliyə ediləcək əlavə və dəyişiklərdə rabitə sisteminin diqqət mərkəzində olacağını deyib: “Çünki təhlükəsizliyin əsas istiqamətlərindən biri elə rabitə sistemidir”.







Vaxtında, Aydın, Lazımlı!


