Kibercinayətkalıq müzakirə olunub

Kibercinayətkalıq müzakirə olunub
  24 İyun 2013    Oxunub:1251
Kibercinayətlərin mahiyyətindən danışılıb, ona qarşı mübarizə yolları müzakirə olunub
Avropaya İnteqrasiya Mərkəzi (AİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Universitetində “Kibercinayətkalığa qarşı mübarizənin hüquqi problemləri. Azərbaycan Respublikası Cinayət Məcəlləsində kibercinayətlərə görə məsuliyyət məsələləri” mövzusunda seminar keçirib.

AzVision.az xəbər verir ki, tədbirdə müasir dövrdə rəqəmsal texnologiyaların, kompyuter və İnternet şəbəkələrinin, bankomatların, ödəniş kartlarının və s. cinayətkar məqsədlərlə istifadəsi ilə əlaqədar cinayət xarakteri kəsb edən kibercinayətlərin mahiyyətindən danışılıb, bu hüquqa zidd əməllərə qarşı beynəlxalq mübarizə məsələləri, o cümlədən ölkəmizin Avropa Şurasının 23 noyabr 2001-ci il tarixli Kibercinayətkarlıq haqqında Konvensiyasından irəli gələn öhdəlikləri müzakirə edilib.

Seminarda milli qanunvericilikdə kibercinayətlərə görə məsuliyyətin aktual problemləri, o cümlədən 29 iyun 2012-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunla Məcəllənin 30-cu fəslinə (“Kibercinayətlər”) edilmiş dəyişiklilər və əlavə olunmuş yeni müddəalar dinləyicilərin diqqətinə çatdırılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Layihə çərçivəsində “İnternet hüququ və etikası” kitabının hazırlanması və çap olunaraq ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

Mirvari



Teqlər:





Xəbər lenti