Sabahın havası

Sabahın havası
  24 İyun 2013    Oxunub:1059
Havanın temperaturu yüksələcək
İyunun 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu tədricən 2-3 dərəcə yüksələcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

Rayonlarda iyunun 25-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 32-37 dərəcə isti təşkil edəcək.
Dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti