MTN-in daha 3 rəisi işdən çıxarıldı
AzVision.az
virtualaz.org-a istinadən xəbər verir ki, MTN sistemindəki kadr islahatları davam etməkdədir. Milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən şəxsin bu gün imzaladığı əmrlə MTN-in İsmayıllı və Daşkəsən rayon şöbələrinin rəisləri də tutduqları vəzifələrdən azad ediliblər. Bundan bir neçə gün öncə isə MTN-in Nərimanov rayon şöbəsinin rəisi işdən azad olunub.
Bütövlükdə isə MTN-in keçmiş rəhbərliyinin işdən azad olunmasından və ifşa edilməsindən sonra nazirliyin 120 əməkdaşı bu sistemdən xaric edilib. Onların 80 nəfəri sabiq nazir Eldar Mahmudovun yaxın qohumları və dostları olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


