“AZAL”ın “qara siyahı”sında hansı tanınmışların adı var?

“AZAL”ın “qara siyahı”sında hansı tanınmışların adı var?
  24 İyun 2013    Oxunub:1170
“Arzuolunmaz sərnişinlər”in siyahısında 83 nəfərin adı var.
“Hazırda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) “Arzuolunmaz sərnişinlər” siyahısında yer alan şəxslərin sayı 83 nəfərdən ibarətdir”. Bunu AzVision.az saytına açıqlamasında AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib. AZAL rəsmisi bildirib ki, həmin şəxslər uçuş qaydalarına əməl etmədikləri üçün bu siyahıya salınıblar.

“Həmin şəxslər alkoqola, təhlükəsizlik kəmərini bağlamaqdan imtina etdiyinə, özünü kobud apardığına və Aviasiya intizam uçuş qaydalarına əməl etmədiyinə görə siyahıya salınıblar”.

Siyahıda yer alan tanınmış şəxslərin adına gəlincə, M.Səfərli burada hər kəsin adının eyni siyahıya salındığını qeyd edib.

“Bu baxımdan tanınmış insanların adını deyə bilmərik”.

Qeyd edək edək ki, adları siyahıya düşən şəxslər AZAL-ın reyslərilə uça bilməzlər. AZAL “Arzuolunmaz sərnişinlər” siyahısını ictimaiyyətə açıqlamır. Bu yalnız sərnişinlərin özünə elan olunur. Əsasən siyahıda azərbaycanlıların adları yer alır. Bununla yanaşı “qara siyahı”da adı olan xarici vətəndaşlarda az deyil. Bəzən tanınmış şəxslərdə bu siyahıya düşür. Bunlardan biri sabiq deputat, Daşkəsən rayonunun hazırki icra başçısı Əhəd Abıyev bir dəfə “arzuolunmaz sərnişinlər” siyahısına salınıb.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti