Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva naharda iştirak ediblər.
Nahardan sonra ənənəvi türk əl sənətləri olan ebru və şüşə işləmələrindən nümunələr nümayiş etdirildi.
Sərgini izləyən dövlət başçılarına, beynəlxalq təşkilatların nümayəndələrinə və onların xanımlarına bu sənətlər barədə məlumat verildi. Bildirildi ki, ebru ənənəvi türk təsviri sənəti növüdür.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ebrulardan birinin hazırlanması prosesində iştirak etdi.








Vaxtında, Aydın, Lazımlı!


