"Neftçi"nin rəqibi müəyyənləşdi

"Neftçi"nin rəqibi müəyyənləşdi
  24 İyun 2013    Oxunub:1476
Azərbaycan çempionu “Neftçi” Albaniyanın “Skënderbeu” klubu ilə qarşılaşacaq.
Bu gün İsveçrənin Nyon şəhərində 2013/2014 mövsümü üçün UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılıb.

AzVision.az xəbər verir ki, biraz öncə başlayan püşküatma mərasimində ilk olaraq I təsnifat mərhələsinin püşkatması keçirilib.

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək və mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq Bakının "Neftçi" klubu da bu gün öz rəqibini tanıyıb. Azərbaycan çempionu səpələnmişlər səbətində yer alıb. Püşkatmanın nəticəsinə görə, ölkə çempionu "Neftçi" Albaniyanın “Skënderbeu” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, ÇL-in I təsnifat mərhələsinin oyunları 2-3 və 9-10 iyul aralığında, II təsnifat mərhələsinin görüşləri isə 16-17 və 23-24 iyul tarixlərində keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti