General Çovdarova hökm oxundu - 3 ay həbs

General Çovdarova hökm oxundu - 3 ay həbs
  15 Noyabr 2015    Oxunub:4928
Ötən gün saxlanılan Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov hazırda Səbail Rayon Məhkəməsinə aparılır.
AzVision.az "Report"a istinadən xəbər verir ki, ona qarşı rəsmi ittiham irəli sürülüb.

General Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi, eləcə də, vəzifə səlahiyyətlərini aşma və şantajda təqsirli bilinir.

Xatırladaq ki, Akif Çovdarov ötən gün Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparılıb. Sabiq dövlət rəsmisi orada dindirildikdən sonra Nərimanov rayonunda yerləşən müvəqqəti saxlama məntəqəsinə gəaparılıb.

***

Səbayıl Rayon Məhkəməsi general Akif Çovdarov barədə hökm çıxarıb.

AzVision.az virtualaz.org-a istinadən müxbiri xəbər verir ki, məhkəmənin qərarına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti