Urmiya gölü sürətlə quruyur

Urmiya gölü sürətlə quruyur
  24 İyun 2013    Oxunub:1441
Qədim Urmiya gölünün üçdə iki hissəsi quruyub. Bu barədə Səhralaşma Komponentləri üzrə Tədqiqat Qrupunun rəhbəri Məhəmməd Dərviş bildirib.
Yaxın Şərqin ən böyük və dünyanın üçüncü ən duzlu gölü hesab olunan Urmiya gölü sürətlə qurumağa başlayır. AzVision.az-ın “Oyannews”a istinadən verdiyi məlumata görə, gölün orta dərinliyi 14 metrdən 2 metrə düşüb.

Dərviş bildirib ki, gölün üçdə iki hissəsi duzlağa çevrilib. Göl su ilə dolu olduqda 540 min hektar əraziyə malik olduğu halda, onun ərazisi quruyaraq azalıb. Hazırda Urmiya gölünün sahəsi 360-390 hektardır. Göldə suyun azalmasının 65 faizi iqlim dəyişikliyi ilə suyun buxarlanması, 25 faizi bəndlərin tikilməsi və 10 faizi göldə çöküntülərin yaranması nəticəsində baş verib.

Göldə suyun sürətlə quruması mənfi nəticələrə gətirib çıxaracaq: duzluluq artacaq və göldəki canlıları məhv edəcək. Duz yelləri kənd təsərrüfatına və əhalinin sağlamlığına ziyan vuracaq. Dərvişin sözlərinə görə, şərqdən qərbə əsən küləklər nəticəsində Binab, Marağa və Əcəbşir şəhərləri duz yellərinə məruz qala bilər. Eyni zamanda insanların sağlamlığı da təhlükə altındadır.

AzVision.az


Teqlər:





Xəbər lenti