“G20” Azərbaycana nə verəcək? - Təhlil

“G20” Azərbaycana nə verəcək? - Təhlil
  16 Noyabr 2015    Oxunub:2797
Azərbaycanın ilk dəfə qatıldığı `G20` Dünya Liderlər Sammiti ölkəmiz üçün kifayət qədər uğurlu oldu.
AzVision.az xəbər verir ki, bunu sammitin iştirakçısı İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramov deyib . Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti ötən il ərzində bütün görüşlərdə və müzakirələrdə iştirak edə bildi: `Bu da Azərbaycanın regional məsələlər ilə bağlı mövqeyinin nüymayiş etdirilməsi və fikir mübadiləsi baxımdan olduqca vacib idi. İkincisi, ölkəmiz `G20` Sammitinə yüksək səviyyədə hazırlaşdı. Azərbaycanda nümayəndə heyəti bütün platformalarda təmsil oluna bildi. İlk dəfə olaraq ölkəmiz Biznes 20, Beyin 20, Qadın 20 kimi platformalarda fəal iştirak etdi`.



O, bildrib ki, sammit ərəfəsində nəşr edilən və dünyanın aparıcı liderləri də daxil olmaqla iştirakçılar arasında yayımlanan “G20” dərgisində cənab İlham Əliyevin “Ümumi Strategiyanın Formalaşdırılması” başlıqlı məqaləsinin dərc edilməsi də yüksək nəaliyyətin göstəricisidir: `Məqalədə ölkəmizin müstəqillik illərində keçdiyi yol, iqtisadiyyatın diversifikasiyası ilə bağlı məqamlar ilə yanaşı multikulturalizm kimi digər vacib məsələlər də öz əksini tapıb. Azərbaycanda həyata keçirilən islahatlar ilə yanaşı dövlət başçısı Antalya `G20` Liderlər Sammiti konteksində qlobal məsələlər ilə bağlı öz fikirlərini bölüşüb`.

V. Bayramov vurğulayıb ki, Azərbaycan rəhbərliyi və ekspertlər tədbirdə ölkəmizin mövqeyini geniş auditoriyaya çatdırdı: `Azərbaycan Prezidenti ikitərəfli görüşlər keçirməklə ilə yanaşı, eyni zamanda bu yüksək tədbirdə çıxış etdi. Dövlət başçımız çıxışında iqtisadi və regional məsələlər ilə yanaşı, Qarabağ münaqişəsi və ölkəmizin məruz qaldığı terror barədə məlumat verdi. Fransada baş verən terrordan sonra Azərbaycanın uzun müddət üzləşdiyi problemləri qlobal auditoriya daha yaxşı anlamış olmalıdır. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ikitərəfli görüşlər keçirərək xüsusi müzakirələrdə iştirak etdi. Mehriban xanım həmçinin Antalyada yerləşən əlillərin bərpa mərkəzini ziyarət etməklə ölkəmizin humanizmə diqqətini bir daha təqdim etdi. `Beyin 20` və `Biznes 20` platformalarında nümayəndələrimiz xeyili aktiv oldular`.

Dünya liderləri üçün təkliflərin hazırlanmasında Azərbaycan nümayəndə heyətinin iştirakı və töhvəsi birmənalı şəkildə yüksə qiymətləndirilməlidir deyən iqtisadıçı vildirib ki, bütövlükdə, sammit çərçivəsində bütün platformalarda nümayəndə heyətinin aktiv iştirakı həm ölkəmizin təqdimatı, həm də Azərbaycan ilə `G 20` ölkələrinin iqtisadi əməkdaşlığı möhkəmləndirmək baxımdan oldquca faydalı oldu.


Teqlər:





Xəbər lenti