Baş nazir prezidenti ittiham etdi

Baş nazir prezidenti ittiham etdi
  25 İyun 2013    Oxunub:1199
Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfə qarşı vətənə xəyanətdə ittiham edilir
Pakistanın baş naziri Nəvaz Şərif bəyan edib ki, sabiq prezident Pərviz Müşərrəf vətənə xəyanətdə ittiham edilərək məhkəməyə çıxarılmalıdır. Parlamentdəki çıxışı zamanı hökumət başçısı Müşərrəfin 1999-cu ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gəldiyini və o vaxtdan konstitusiyanın tələblərinə əməl etmədiyini vurğulayıb. Xatırladaq ki, hazırda ev həbsində saxlanılan sabiq prezidentə qarşı bir sıra məsələlər, o cümlədən sabiq baş nazir Benazir Bhüttonun qətlini sifariş verməklə bağlı ittiham irəli sürülüb. Cinayəti sübuta yetirilərsə, onu ömürlük həbs və ya edam cəzası gözləyir.


Teqlər:





Xəbər lenti