“ABŞ TAP-ı dəstəkləyir”
Diplomat eyni zamanda Trans-Adriatik boru kəmərinin inşası layihəsinin icrasının sürətləndirilməsində də danışıb: “TAP-ın layihəsi Cənub Qaz Dəhlizinin vacib bir hissəsidir və ABŞ bu mühüm borunun tikintisinə təkan verən dövlət və şirkətləri dəstəkləyir. Sadəcə olaraq Azərbaycan Dövlət Neft Şirkəti və layihənin digər iştirakçıları adından hər hansı bir bəyanat vermək istəməzdim. Bildirmək istərdim ki, TAP layihəsini çox vacib və mühüm hesab etdiyimizə görə, ABŞ layihəyənin reallaşmasında iştirak edən nümayəndələrlə mütəmadi olaraq görüşlər keçirir və layihənin reallaşmasına dəstək verir”.