Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb
  20 Noyabr 2015    Oxunub:2224
Bu ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri 33,5 milyard manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi 4,4 faiz artaraq ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0,7 faiz bəndi üstələyib. Bu dövrdə gəlirlərin 76,3 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 11,5 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirləri 5,7 faiz artaraq 30,4 milyard manat təşkil edib.


Teqlər:  





Xəbər lenti