Kim harasını neçəyə sığortalayıb – SİYAHI

Kim harasını neçəyə sığortalayıb – SİYAHI
  22 Noyabr 2015    Oxunub:3714
Səs, uzun ayaqlar, cazibədar görünüş, hətta saçların da öz qiyməti var. Artıq bir neçə ildir ki, Hollivudda bununla bağlı əsl bum yaranıb: ulduzlar təkcə öz evini və ya avtomobilini deyil, həmçinin bədənlərinin ayrı-ayrı hissələrini də sığortalayırlar.

Bu siyahıda bir çox məşhurlar var.

AzVision.az publika.az-a istinadən kimin harasını və neçəyə sığortalaması ilə bağlı siyahını təqdim edir.

Məşhurlar arasında ən çox sığortalanan sinə və ayaqlardır. Madonna sinəsini 2 milyon, Holli Medison 1 milyon dollara sığortalayıb.

Rihanna 1 milyon, Haydi Klum 2 milyon, Ceymi Li Ketris 2,8 milyon, Tina Törner 3,2 milyon, Maykl Fletli 40 milyon, Devid Bekhem 70 milyon, Kriştiano Ronaldo 144 milyon, Meray Keeri 1 milyard dollara ayaqlarını sığortalayıb.

Bundan başqa, Cimmi Durante 500 min dollara burnunu, Kit Riçards 1,6 milyon dollara əllərini, Bryüs Spinqstin 6 milyon dollara səs tellərini, Deniel Kreyq 9,5 milyon dollara bütün bədənini sığortalayıb.

Amerika Ferreranın təbəssümünün 10 milyon, Culiya Robertsin təbəssümünün isə 30 milyon qiyməti var.

AzVision.az


Teqlər:





Xəbər lenti