`Barsa` `Realı` darmadağın etdi - `El Klassiko`da şok nəticə

`Barsa` `Realı` darmadağın etdi - `El Klassiko`da şok nəticə
  22 Noyabr 2015    Oxunub:2977
Bu gün dünyada maraqla gözlənilən "El-Klassiko" şok nəticə ilə başa çatıb.
Santyaqo Bernabeuda “Real”la “Barselona” klubu qarşılaşıb. 90 dəqiqə oyuna tam hakim olan Katalon klubu paytaxt təmsilçilərinin qapısından 4 cavabsız top keçirib.

Matçın ilk hissəsinin 11-ci dəqiqəsində Suares, 39-cu dəqiqəsində Neymar fərqi ikiyə çatdırıb.

İkinci hissədə isə İnyesta 53-cü dəqiqədə üçünçü topu “Real”ın qapısından keçirib. Komandanın dördüncü və özünün bu oyunda ikinci qolunu vuran Suares dubla imza atıb.

21:15. "Real" (Madrid) - "Barselona" - 0:4
Qollar: Luis Suares, 11 (0:1), Neymar, 39 (0:2), İnyesta, 53 (0:3), Luis Suares, 74 (0:4)
Qırmızı vərəqə: İsko, 85 ("Real")

Qeyd edək ki, bu qələbə ilə xalını 30-a yüksəldən "Barselona" ilk pillədəki mövqeyini qoruyub. "Real" 24 xalla ikincidir. "Real"dan bir oyun az keçirən "Atletiko" isə 23 xalla üçüncü pillədə qərarlaşıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti