Yol qəzasında AzTV-nin əməkdaşı ölüb

Yol qəzasında AzTV-nin əməkdaşı ölüb
  25 İyun 2013    Oxunub:1030
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV QSC) əməkdaşı yol qəzasında ölüb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda sahibi məlum olmayan "Shacman" markalı yük avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Etibar Kamil oğlu İsgəndərov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Apa-nın əldə etdiyi məlumata görə, qəza nəticəsində dünyasını dəyişən E. İsgəndərov AzTV-də çalışıb. O, televiziyada texniki işçi olub.








Teqlər:  





Xəbər lenti