Azərbaycan nefti 1 dollar bahalaşdı

Azərbaycan nefti 1 dollar bahalaşdı
  24 Noyabr 2015    Oxunub:2244
Azərbaycan neftinin qiyməti artıb.
AzVision.az xəbər verir ki, London birjasında keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,11 dollar və ya 2,48 faiz artaraq 45,89 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,215 dollar artaraq 41,90 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,15 dollar artaraq 44,98 dollar olub.


Teqlər:  





Xəbər lenti