Pike İbrahimoviç haqda: “Toxunmağı sevirdi”
“İbrahimoviç əvvəlcə məni təbrik etdi. O, insanlara toxunmağı sevərdi. Həmin foto da tam toxunduğu zaman çəkilib. Yanağıma toxunduqdan sonra əlimi sıxdı. Bütün bunlar məşqədən sonra baş vermişdi”.
Daha sonra hər hansı bir adamın ona homoseksual deyə bilməyəcəyni vurğulayan Pike məşhur müğənni Şakira ilə olan münasibətlərindən də söhbət açıb: “Əgər mənim homoseksual olduğumu düşünən biri varsa gedib Şakira ilə yaşadığım 5 illik xoşbəxt münasibətlərimizə baxsın. Kimsə barəmdə internetdə yalan məlumatlar yaymasın”.
Xatırladaq ki, məşhur foto yayılandan sonra Pikenin “Zlatan İbrahimoviç mənim oğlan dostumdur” ifadəsini işlətdiyi iddia edilmişdi.