“Əlikram Hümbətovla Sürət Hüseynov Milli Şuraya qoşulacaq”

“Əlikram Hümbətovla Sürət Hüseynov Milli Şuraya qoşulacaq”
  25 İyun 2013    Oxunub:3171
“Bu gün Əli Kərimli cibindən qumbara tapıb onu həbsə atan baş prokuror Əli Ömərovla yanaşı dayanırsa və yaxud da “Azərbaycanda eks-prezidentin mövcudluğu dövlət üçün təhlükədir” (Əbülfəz Elçibəy nəzərdə tutulurdu) deyən, o vaxt prezidentin müşaviri işləmiş Eldar Namazov Əbülfəz Elçibəyin 75 illik yubileyində başda otuzdurulursa, deməli, Əlikram Hümbətovun, Sürət Hüseynovun bu yaxınlar da “Milli Şura”ya qoşulmasını gözləmək olar”.
Bu fikirləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı “Facebook” sosial şəbəkəsində 202000 üzv olan ən böyük – “Niyaməddin Orduxanlı” qrupunda yayımlayıb. BAXCP rəsmisinin fikrincə, hər iki şəxs-Əlikram Hümbətovla Sürət Hüseynov şuraya qoşulmaq üçün müraciət edəcəklər və onların müraciətinə müsbət baxılacaq.

“Azərbaycan xalqı uzun illərdir siyasi prosesləri yaxından izləyir və buna görə də “Milli Şura”ya kütləvi dəstək vermir. Bu adamlar dünən təhqir etdikləri adamla, bu gün bir yerdə nahar edirlər. Korrupsioner dedikləri adamı rəhbər təyin edirlər. Bütün günü yazırdılar ki, Hüseyn Abdullayev mitinqlərdə radikal müxalifət nümayəndələrinə divan tutub. İndi sevinə-sevinə onun mahnısına qulaq asırlar. Onu şurada görmək istəyirlər”-deyə BAXCP sədrinin müavini bildirib.

N.Orduxanlı bildirib ki, İsa Qəmbər heç vaxt siyasətlə məşğul olmayan Rüstəm İbrahimbəyovu namizəd müəyyənləşdirib: “Rüstəm İbrahimbəyov bu yaxınlarda mətbuatda müsahibəsində deyib ki, İlham Əliyev prezident seçiləndə sevinc göz yaşlarımı saxlaya bilmədim. Mənə elə gəliri ki, Rüstəm bəy yenə də öz ənənəsini davam etdirəcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti