Xalq artistləri sevinclərini AzVision.az-la bölüşdülər

Xalq artistləri sevinclərini AzVision.az-la bölüşdülər
  26 İyun 2013    Oxunub:1288
Siyavuş Aslanın sevinci gözlərindən sezilirdi...
Prezident İlham Əliyev teatr xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, bir sıra teatr xadimləri “Şərəf” “ Şöhrət” ordenləri, “Tərəqqi”medalı ilə təltif olunub, “Xalq Artisti", “Əməkdar Artist” adlarına layiq görülüblər. Mükafat alan bəzi teatr xadimləri təəssüratlarını AzVision.az-la bölüşdülər :

Xalq artisti Afaq Bəşirqızı :

-Dünən teatrın 140 illik yubiley mərasimi keçirildi. Nazir çıxışında prezindentin sərəncamını oxudu, çaşıb qaldım. Demişdim ki, bu tədbirə gələcəm ,amma zəng zəngin dalınca gəldi ki, Afaq xanım tədbirdə mütləq olmalısınz. Elə bil bir az şübhələndim.

Prezidentimizə, xalqımıza təşəkkür edirəm. İncəsənət xadimi bu yolda əziyyət çəkir, onun bəhrəsini görməmək qəribədir. Dünən mənim üçün surpriz surpriz dalınca gəldi. O tədbirdən çıxıb, başqa bir tədbirə getdim, orada “Zirvə” mükafatına layiq görüldüm. Həmin mükafatı “Azərbaycan Mədəniyyətinin Dəyərli Töhfəsi” üzrə aldım.

Xalq artisti Amaliya Pənahova :

-Prezidentimizə, xalqımıza, təşəkkür edirəm. Hər şeyi dünənki tədbirdə bildim, gözlənilməz idi”

Amaliya Pənahova əlavə edib ki, yay mövsümü ilə əlaqədar olaraq, heç bir yaradıcılıq yeniliyi yoxdur : “Yaydır deyə, heç bir tamaşa, məşq yoxdur. Mövsümlə bağlı rayonlara gedəcəyik. Amma hələ hansı rayonlara gedəcəyimiz bilinmir, sentyabrda yeniliklərimiz olacaq.

Xalq artisti Şəfiqə Məmmədova :

-Mənim üçün də gözlənilməz oldu.

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan :

-Atama bu barədə mən dedim, üzündən öpüb təbrik etdim, xəbərə sevindi, danışa bilmədiyi üçün ancaq üzündəki ifadədən çox sevindiyini anladım.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti