140 yaşlı teatrımız - FOTOLAR

  26 İyun 2013    Oxunub : 449
140 yaşlı teatrımız - FOTOLAR
Dünən Heydər Əliyev Sarayında Azərbaycan teatrının 140 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" 2013-cü il 1 mart tarixli sərəncamına əsasən, Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı çərçivəsində reallaşıb.

Mərasimdən əvvəl tədbir iştirakçıları sarayın foyesində Azərbaycan teatrının tarixi inkişafını əks etdirən fotolardan, səhnə kostyumlarından və kitablardan ibarət sərgilərlə tanış olublar.

Yubiley mərasimində Azərbaycan teatrının inkişaf tarixini əks etdirən, eləcə də müxtəlif tamaşalardan səhnələr nümayiş etdirilib. Ümummilli lider Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində Azərbaycan teatrı ilə bağlı çıxışlarından, Azərbaycan teatrının 125 illiyinə həsr edilmiş tədbirdən videokadrlar göstərilib. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin teatra göstərdiyi diqqət və qayğını əks etdirən videokadrlar da nümayiş olunub.

Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin "Azərbaycan Respublikası teatr xadimlərinin təltif edilməsi haqqında", Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında" 2013-cü il 25 iyun tarixli sərəncamlarını oxuyub.

AzVision.az

Foto


Teqlər: