Bakıda 32 dərəcə isti olacaq
Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə olacaq.
Rayonlarda hava əsasən yağmursuz olacaqdır. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.
AzVision.az
Teqlər: