Keçmiş prezident qatil imiş

Keçmiş prezident qatil imiş
  20 Fevral 2013    Oxunub:2090
Ukrayna Baş prokurorluğu Leonid Kuçmanın jurnalist Qonqadzenin qətlində əli olduğunu bildirib
«Ukrayna Baş prokurorluğunun əlində keçmiş prezident Leonid Kuçmanın jurnalist Georgi Qonqadzenin qətlində əlinin olmasına dair kifayət qədər sübut var». Bu barədə Ukrayna baş prokurorunun birinci müavini Renat Kuzmin «Exo Moskvı» radiostansiyasına müsahibəsində deyib.
"Bizim əlimizdə Kuçmanın bu cinayətdə iştirakına dair kifayət qədər sübut var və biz bu istiqamətdə istintaqı davam etdiririk", deyə Kuzmin bildirib.
«Ukrainskaya pravda» internet portalının rəhbəri və hakimiyyətin sərt tənqidçisi kimi ad çıxarmış Georgi Qonqadze 2000-ci il sentyabrın 16-da yoxa çıxıb və 2 aydan sonra onun başsız cəsədi Kiyev yaxınlığındakı Taraşan meşəsində tapılıb.
Qətllə bağlı 2008-ci ildə Ukrayna DİN xarici müşahidə və kriminal kəşfiyyat idarəsinin 3 əməkdaşı günahkar bilinib. 2013-cü ilin yanvarında Kiyevin Peçora rayon məhkəməsinin qərarı ilə sözügedən idarənin rəhbəri general Aleksey Pukaç ömürlük azadlıqdan məhrum edilib. A.Pukaç istintaq zamanı qətlin sifarişçiləri kimi keçmiş prezident Leonid Kuçma, parlamentin spikeri Vladimir Litvin və daxili işlər naziri Yuri Kravçenkonun adlarını çəkib. Bu işlə bağlı Baş prokurorluğa çağırılan Y.Kravçenko özünü güllələyib. Leonid Kuçmanın keçmiş mühafizəçisi, ABŞ-da siyasi sığınacaq almış N.Melniçenko isə istintaqa səsləri L.Kuçma və V.Litvinin səsinə oxşayan iki nəfərin danışığının audioyazısını təqdim edib. Söhbət zamanı həmin şəxslər «Qonqadze məsələsini həll etmək» barəsində danışırlar. L.Kuçma və A.Litvin özlərinin jurnalistin qətlinə aidiyyətlərini inkar edirlər.(APA)


Teqlər:  





Xəbər lenti