`Qızıl top`a namizədlər: Messi, Ronaldo, Neymar

`Qızıl top`a namizədlər: Messi, Ronaldo, Neymar
  30 Noyabr 2015    Oxunub:2187
FİFA-nın təsis etdiyi “Ballon d`Or” (Qızıl top) mükafatının builki finalçıları bəlli olub.
“Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi və braziliyalı hücumçu Neymar da Silva Santos, həmçinin “Real” klubunun və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldu mükafatın finalçıları seçilib.

Xatırladaq ki, Lionel Messi ardıcıl surətdə 4 dəfə, Kriştianu Ronaldo isə 3 dəfə bu mükafata sahib olsa da, Neymar da Silva Santos ilk dəfədir finala vəsiqə qazanır.

Messi bu üçlük arasında favorit hesab olunur.

Mükafatın təqdimetmə mərasimi 2016-cı il yanvarın 11-də İsveçrənin Sürix şəhərində keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti