YUAN ehtiyat valyuta oldu

YUAN ehtiyat valyuta oldu
  01 Dekabr 2015    Oxunub:2835
Beynəlxalq Valyuta Fondu dünən Çin valyutası olan yuanı özünün SDR (xüsusi borclanma hüququ) səbətinə daxil edib.
İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, 2016-cı il oktyabr ayının 1-dən etibarən yuan səbətə daxil olan 5 valyutadan biri olacaq. Hazırda səbət ABŞ dolları, avro, funt sterlinq və yen olmaqla 4 valyutadan ibarətdir. Çin valyutası səbətdə 3-cü ən böyük paya (10,92%) malik olacaq. Digər valyutaların payı isə belədir: ABŞ dolları - 41,73%, avro - 30,93%, yen - 8,33, funt sterlinq - 8,09%. Yuanın səbətə daxil edilməsi daha çox avroya zərbə vurub. Avropa valyutasının payı 7% bəndi azaldılıb. Digər valyutaların da payında azalma olub.

BVF rəhbəri bu qərarı Çin iqtisadiyyatının son illər dünya maliyyə sisteminə inteqrasiya ilə əlaqələndirib. Çin hökuməti də bunun üçün çox çalışdı. Məsələn, xarici mərkəzi banklar üçün daxili valyuta və borc bazarını açdı. Bütün üstünlükərə rəğmən yuan hələki ehtiyat valyuta, borc bazarında borclanma vasitəsi qismində Avstraliya və Kanada dollarına uduzur. Dünya valyuta ehtiyatlarında payı 1,1%, beynəlxalq ödənişlərdə 2,8%-dir.

Bəzi analitiklər Çin aktivlərinə xarici investisiyaların artacağını proqnozlaşdırır. Digərləri hökuməti maliyyə sistemini ciddi islahata ehtiyacı olduğunu vurğulayır və bunsuz fayda görmürlər. Yuan səbətdə fiksə olunmuş məzənnəyə malik yeganə valyuta olacaq. Yuan həm də sərbəst dönərli valyuta deyil. Hökumət 2020-ci ildən tez məzənnəni sərbəstləşdirmək niyyətində deyil.

Yuanın BVF-nin səbətinə daxil edilməsi Çinə üstünlüklər verməklə yanaşı müəyyən çətinliklər yaradacaq. Əvvəla, Çin valyutasının dünyada prestiji daha da artacaq. İkincisi, ölkəyə kapital axını stimullaşacaq. Müxtəlif hesablamalara görə 2020-ci ilə kimi kapital axını 600 milyard dollar həcmində ola bilər. Üçüncüsü, yuana inam daxili borclanma imkanlarını artıracaq.

Ancaq bununla yanaşı Çin hökuməti üzərinə böyük məsuliyyət düşür. Maliyyə sektorunda liberallaşdırma aparılmalıdır və bazar xarici investorların üzünə açılmalıdır. Bundan başqa kapital axını üzrəində nəzarəti azaltmalı, valyuta intervensiyasını məhdudaşdırmalı, yuanın məzənnəsi bazar alətləri vasitəsilə tənzimlənməlidir. Əks halda yuanın ehtiyat valyuta statusu ciddi nəticlər verməyəcək.

Digər tərəfdən yuana tələbatın artması onun möhkəmlənməsinə gətirib çıxara bilər ki, bu da Çin hökumətinin planlarına daxil deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti