Fevralın 24-də keçiriləcək “Oskar” mükafatlarının qaliblərini müəyyənləşdirən səsvermə başa çatıb.
“Reuters”-in xəbərinə görə, bu il “Oskar” mükafatının 85 illik tarixində ilk dəfə olaraq səsvermələr onlayn üsulla həyata keçirilib. Film sənayesinin 5 min 8 yüzdən çox mütəxəssisi fevralın 8-dən başlayaraq 24 kateqoriyada səsvermədə iştirak edib. Səsləri “Price waterhouse Coopers” firması hesablayacaq.