“Barselona”da böhran – Messi və Neymar satılır

“Barselona”da böhran – Messi və Neymar satılır
  02 Dekabr 2015    Oxunub:4631
Maliyyə problemləri İspaniyanin “Barselona” klubunu hücumçuları - Lieonel Messi və Neymarı satmağa məcbur edə bilər.
Bu barədə AzVision.az “Daily Mail”-ə istinadən xəbər verir.

Futbol ulduzları böyük ehtimalla maliyyə baxımından daha sabit olan Mançester ( “Mançester Yunayted” və “Mançester Siti”) təmsilçilərində karyeralarını davam etdirə bilərlər. Bu arada məlumatda “Barselona”nın son ana qədər öz liderlərini saxlamaq niyyətində olduğu vurğulanır.

Kataloniya təmsilçisinin maliyyə problemləri ilk növbədə oyunçuların, məşqçilər və personalın əmək haqlarının yüksək olması ilə bağlıdır. Məhz buna görə iki ən bahalı futbolçunun satışı klubdakı vəziyyəti sabitləşdirməyə imkan verəcək.

“Barselona” rəhbərliyi Messi və Neymar satılmasına alternativ olaraq “Nou Kamp” stadionunun adlandırılması ilə bağlı hüquqların satılmasında görür. Bundan əlavə, klub “Qatar Airways” və “Nike”la sponsorluq müqavilələrinin şərtlərinə yenidən baxmaq niyyətindədir.

Qeyd edək ki, bu il Messi bu mövsüm bütün turnirlərdə 7 qol vurub, Neymar isə meydana çıxdığı 17 oyunda 16 qol vurub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti