Niyə xaricilərin maaşı daha yüksəkdir?
Onun sözlərinə əsasən, Azərbaycanda işləyən hər bir xarici vətəndaşın maaşı onun öz dövlətindəki sistemə uyğun olaraq hesablanır: "Hər bir dövlətin öz tarifi var və onlar bir-birilərindən fərqlənirlər. Xarici işçilərin maaşları hesablanarkən bütün risklər nəzərə alınr, həmçinin onların xarici dövlətdə çalışmaları faktı da".
Ekspert xarici işçilərin nisbətən yüksək maaş almasında elə də qərəzli bir şey görmür. Yox, əgər eyni işi görən yerli işçilərin maaşlarında 3-5 dəfə fərq olsa, o zaman heç şübhəsiz ki, bizim işçilərin diskriminasiyası haqqında danışmaq olardı.
"Əvvəllər neft sektorunda vəziyyət bir az ağır idi, yerli sektorda ixtisaslı mütəxəssislər tapmaq demək olar ki, mümkün deyildi. O vaxtlar xarici işçilərə üstünlük verilməsinin əsas səbəbi də məhz bu idi. İndi isə azərbaycanlı gənclər xarici dövlətərdə yaxşı təhsil alirlar və heç də xarici mütəxəssislərdən geri qalmırlar",- deyə V.Bayramov vurğulayıb.
Ekspert həmçinin ARDNŞ-dakı maaşlara da toxunub. Dövlət şirkətində orta aylıq əmək haqqı 700 manat təşkil etdiyi halda, xarici şirkətlərdəki maaşlardan şikayət etməyin düzgün olması haqda suallara V. Bayramov belə cavab verdi: "Bunun əsas səbəbi ARDNŞ-nin 70 000-ə qədər işçisinin olmasıdır. Çıxarılan 43.4 milyon ton neftin cəmi 8.3 milyonu ARDNŞ-nin payında düşür. Qaz çıxarılmasında da 16.9 milyard kub metr qazın 6.9 milyard kubmetri dövlət şirkətinin payına düşür. Aşağı əməkhaqqının səbəbi də məhz budur".
Balifa Baxşıyeva