Rusiya Suriyadakı qüvvələrini çıxarır

Rusiya Suriyadakı qüvvələrini çıxarır
  27 İyun 2013    Oxunub:1074
Rusiya Suriyada yerləşən kiçik hərbi dəniz bazasındakı bütün heyətini evakuasiya edib.
AzVision.az The Washington Post-a istinadən məlumat verir ki, Rusiyanın Aralıq dənizindəki Tartus limanı onun Yaxın Şərqdə yeganə bazasıdır. Həmin bazanın kiçik olmasına baxmayaraq, Rusiya Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə başladıqdan sonra bazanın əhəmiyyəti daha da artıb.

Rusiyanın 16 gəmisi hələ də Tartusda qalacaq. Kipr isə öz növbəsində bildirib ki, Rusiya istəyərsə Kipr öz limanlarından istifadəyə imkan yaradacaq.

Rusiya qüvvələrinin Suriyadan çıxarılması barədə ilk məlumatı Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov “Əl-Hayat” qəzetinə verdiyi müsahibəsində bildirib. Yerli rus mətbuatı Rusiya qüvvələrinin Suriyadan çıxarılmasını təsdiq edib.

Rusiyanın Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən işçisi “bizim Suriyada artıq nə hərbçimiz, nə də vətəndaşımız vardır” – deyə bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti